"Biri özünü öldürür, biri özünü asır"


“Müharibə iştirakçısı, şəhid ailəsi xüsusi diqqətə layiqdir”.
Yeniavaz.com
 APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bunun hansısa formada həlli yolu tapılmalıdır:
“Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Birinci vitse-prezident tərəfindən bu istiqamətdə çox böyük işlər görülür. Bu cür görülən işlərə xırda problemlərlə kölgə salmaq olmaz. Bu insanlar danışmaq istəyir, onları qəbul etmək lazımdır. Səfərbərlik Xidməti, Müdafiə Nazirliyi, ƏƏSMN, ictimaiyyət nümayəndələri, lap Milli Məclisin deputatlarını da daxil etməklə Komissiya yaradılsın. Bu insanlar dəvət edilsin, onun sənədləri araşdırılsın. Bu qədər görülən işə kölgə salınır. Biri özünü öldürür, biri özünü asır. Qazi gəlir nazirliyə, ona cavab verilir ki, sənin sənədlərin kompüterə gəlməyib. Gəlməyib, sən hazırla. Sən nazirlik əməkdaşısan, ona Prezidentin qayğısını hiss etdir. Burada cəmi 1 həftəlik iş var. Bunu etmək böyük problem deyil. 4 aidiyyəti qurum, hərəsinin minlərlə işçisi var. Bu işçilərdən hərəsi 5 nəfər ayırsa, bu problemlər həll oluna bilər. Bunu etmirlər, anti-Azərbaycan qüvvələrin əlinə dəstəvuz verirlər ki, danışsınlar. Bu məsələ yoluna qoyulmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top