Tibb Universitetinin yaxınlığında ağaclar məhv edilir? - Video


Azərbaycan Tibb Universitetinin yanındakı ərazidə ağacların texnika ilə məhv edildiyi iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Ərazinin Milli Onkologiya Mərkəzi yaxınlığında yerləşdiyi bildirilib. Yayılan videoda traktor texnikasının ərazidəki yaşıllığı kürüməsi əks olunub.
Görüntülərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat katibi İradə İbrahimova bildirib ki, hadisədən məlumatlıdırlar. Araşdırmalardan sonra ətraflı məlumat veriləcəyi qeyd edilib.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top