İspaniyada istilər səbəbilə meşə yanğınları artıb


Son bir neçə gündə İspaniyada güclü istilər səbəbilə yanğınların sayı xeyli artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, artıq Baldomar şəhəri yaxınlığında yanğınlar 1000 hektar meşə sahəsini məhv edib. Eyni zamanda yanğınsöndürənlər yanğının 20 min hektara yayıla biləcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, həftə sonundan etibarən İspaniyada ilin bu vaxtı üçün anomal yüksək temperatur müəyyən edilib. Bəzi ərazilərdə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.

 

DİGƏR XƏBƏRLƏR

Top