Niderland rus casusunun ifşa olunduğunu açıqladı


Niderland kəşfiyyat xidməti rus casusunun ifşa olunduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, saxlanılan şəxs, Sergey Vladimiroviç Çerkasov aprel ayında məhkəmədə təcrübə keçmək üçün Braziliya vətəndaşı kimi Niderlanda getməyə cəhd edib. Kəşfiyyat rəhbəri Erik Akerbumun sözlərinə görə, bu, uzunmüddətli GRU əməliyyatı idi. Niderland Baş Kəşfiyyat və Təhlükəsizlik Xidməti bildirib ki, özünü Viktor Müller Ferreyra kimi təqdim edən şəxs Niderland hava limanında saxlanılıb, arzuolunmaz elan edilib və növbəti reyslə Braziliyaya aparılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top