"Dünyada elə bir lider yoxdur ki..." - Zelenski


Hazırda dünyada elə bir lider yoxdur ki, Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparıb onu Ukraynada müharibəni dayandırmağa məcbur etsin.
Yeniavaz.com
"RBC-Ukraina"ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Putin qərar verməzdən əvvəl onun nəticələri barədə düşünmür.
"Onun nəyisə eşitməyə hazır olduğuna əmin deyiləm. Mənə elə gəlir ki, o, qərar qəbul etmə mərhələsindədir. O əvvəlcə hərəkətə keçir, sonra fikirləşir”, - deyə Zelenski qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top