FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı - Video + Yenilənib


Fövqəladə Hallar Nazirliyi Bakıda ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Yeniavaz.com-a verlən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


***21:41
Bakıda yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

 

 

DİGƏR XƏBƏRLƏR

Top