Xarici səyyahlar Ağdama səfər etdilər


On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, üç gün ərzində Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 nəfərlik qrup Azıx mağarasında, Şuşada və Ağdamda olublar.

Onlar Qarabağ xanının iqamətgahına baş çəkib, burada onlara abidənin tarixi barədə məlumat verilib. Qrup üzvləri ermənilərin törətdiyi dağıntıları, o cümlədən Xurşidbanu Natəvanın dağıdılmış məzarını öz gözləri ilə görüblər.

Səyahətçilər Ağdamdakı Cümə məscidini də ziyarət ediblər.

DİGƏR XƏBƏRLƏR

Top