
Bakı-Sumqayıt elektrik qatarının metronun “Dərnəgül” stansiyasının yaxınlığında 40 dəqiqədən çoxdur hərəkətsiz dayandığı bildirilir. 
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı feysbuk hesabında yazıb. O qeyd edib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir. Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar. 
“Azərbaycan Dəmir Yolları” məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                