Mingəçevirin icra başçısı Zəki Öztürklə görüşdü


Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürklə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, iyun ayının 16-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürklə görüşü oldub. Görüşdə konsulun həyat yoldaşı Ayfər Öztürk və köməkçisi Yeganə Fərəcova iştirak ediblər. İcra başçısı İlham İsmayılov hörmətli qonağı salamladıqdan sonra şəhərimiz haqqında ətraflı məlumat verdi. Qeyd edib ki, qədim yaşayış məskəni kimi tanınan Mingəçevir 1948-ci l noyabr ayının 11-də şəhər statusu alıb. Burada 106591 nəfər yerli əhali və 20 mindən artıq məcburi köçkün yaşayır. Şəhər statusu aldıqdan sonra Mingəçevir inkişaf etmiş, Azərbaycann dördüncü sənaye şəhəri kimi tanınıb. Bu gün şəhərdə çoxlu sayda park və xiyabanlar salınmış, sənaye müəssisələri istifadəyə verilmiş, Asan Xidmət Kompleksi fəaliyyətə başlayıb. “Mingəçevir Su Elektruk Stansiyası Silsiləsi”, “Azərbaycan İES” MMC-lər respublikanın enerji ilə təminatında xüsusi rol oynayırlar. “Azneftemaş”, “Akkord Mingəçevir Maşınqayırma zavodu”, “Mingəçevir İzolit” ASC-lər,” İnterenerji Elektrik Beton dayaqları istehsalı” MMC, “Kür Olimpiya Tədris İdman Mərkəzi” şəhərin inkişafında öz töhfələrini verirlər. Bu gün Mingəçevirdə dördulduzlu otellərin sayı çoxalıb. Mingəçevir Su Anbarının şəhərin turizm potensialının inkişafında öz rolu vardır. Şəhərimizdə bir universitet, iki kollec, bir peşə məktəbi, iki lisey, 20 orta məktəb, bir gimnaziya, üç musiqi məktəbi, 21 uşaq bağçası, Dövlət Dram Teatrı, rəsm qalereyası, şahmat məktəbi, muzey, 12 kitabaxana, mədəniyyət eviləri-klub, iki qəzet redaksiyası, şəhər mərkəzi xəstəxanası fəaliyyət göstərir.
Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürklə Mingəçevir haqında öz təssüratlarını bölüşdü. Qonaqpərvərliklə qarşılandığı üçün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlğını bildirdi. Mingəçevirə gəlişindən məmnunluğunu ifadə etdi. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətindən bəhs edərək Türkiyə şəhərlərinin Azərbaycanın bir çox bölgələri ilə qardaşlıq əlaqələrini nümunə göstərdi. O cümlədən Mingəçevirin Türkiyənin bölgələri ilə əlaqələrinə toxundu. Gölbaşı, Böyükşəhər kimi bölgələrin Mingəçevirlə əlaqəsini yüksək qiymətləndirdi.
Günün ikinci yarsı türkiyəli qonaqlar şəhərlə tanış olublar. Əvvəlcə Mingəçevir Sənaye parkına, Mingəçevir Gənclər evinə, MDU, Tarix muzeyi və Mingəçevir dənizini gəziblər.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top