Xəbər verdiyimiz kimi, bu gün Hərbi Prokurorluğun qarşısında etiraz aksiyası keçirilib.
Yeniavaz.com xəbər verir ki, aksiyada açılan plakatlardan biri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, plakatda Heydər Əliyevin sitatından əvvəl bu sözlər yazılıb: “Böyük bir parça üstündə:”.
Nəticədə üzərində “Böyük bir parça üstündə: Dövlət iki şeydən sarsıla bilər: Cinayətkar cəzasız qalanda, günahsız cəzalandırılanda” sözləri yazılmış bir plakat yaranıb.
Sosial şəbəkə istifadəçiləri arasında müzakirələr zamanı ortaya belə bir mənzərə çıxıb ki, plakatın böyük parça üzərində yazılması hər hansı şəxs tərəfindən mesajla bildirilib. Mesajı alan şəxslər də orada yazılmış bütün sözləri olduğu kimi çap ediblər.
Sözügedən plakatın fotosunu təqdim edirik: