Bu ilin yanvar-may aylarında xarici ölkələrdən Azərbaycana 875 milyon 67,1 min dollar dəyərində yeyinti məhsulları gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə idxal olunan yeyinti məhsulları dəyər ifadəsində 16% artıb.
İlin ilk 5 ayında ən çox buğda və meyvə-tərəvəz idxal olunub.
Belə ki, bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 124 milyon dollar dəyərində 355,6 min ton buğda, 119,4 milyon dollar dəyərində 209,7 min ton meyvə-tərəvəz gətirilib.
Nəticədə idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri 35 sent (59 qəpik), meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri isə 57 sent (97 qəpik) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə həm buğdanın, həm də meyvə tərəvəzin gömrük dəyəri artıb.
Son 2 ilin yanvar-may aylarında idxal olunan yeyinti məhsullarının gömrük dəyəri aşağıdakı kimi olub:
2021 Yanvar-May |
2022 Yanvar-May |
|
Buğda (1 kq) | 43 qəpik | 59 qəpik |
Meyvə-tərəvəz (1 kq) | 91 qəpik | 97 qəpik |
Ət (1 kq) | 3 manat | 3 manat |
Süd və qaymaq (1 kq) | 2,5 manat | 2,5 manat |
Kərə yağı ( 1 kq) | 8,3 manat | 9,4 manat |
Çay (1 kq) | 6,8 manat | 8,4 manat |
Düyü (1 kq) | 1,25 manat | 1,4 manat |
Bitki yağı (1 kq) | 1,3 manat | 2,8 manat |
A. Cəfərov