Suraxanıda magistral su kəməri partladı - Video


Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində magistral su kəməri partlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, bu barədə dəfələrlə “Azərsu”nun qaynar xəttinə məlumat verilsə də, iki gündür kəmər təmir olunmur.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllı Yeniavaz.com-un müraciətindən sonra problemin aradan qaldırılacağını bildirib: “Tapşırıq verildi. Qəza aradan qaldırılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top