Xaricdən gətirilən hibrid avtomobillərin dəyəri 5-6 min artıb – Rəsmi


Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 28 min 681 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 369 milyon 468,6 min dollar olub.
Yeniavaz.com
-un Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 12 min 882 dollar (21 min 900 manat) olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə Azərbaycana xaricdən daha çox – 31 min 220 avtomobil gətirilib və bir ədəd avtomobilin orta gömrük dəyəri builkindən daha aşağı - 10 min 190 dollar (17 min 323 manat) olub.
Onu da qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycana 26 min 408 ədəd minik avtomobilləri, 292 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 851 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 130 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bundan başqa xaricdən 5 min 82 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 130 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib. 
Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 9 min 252 dollar (15 min 728 manat) olub. Yalnız elektrik mühərrikilə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 28 min 806 dollar (48 min 970 manat) olub. 
Məlumat üçün bildirək ki, ötən ilin analoji dövründə idxal olunan hibrid avtomobillərin sayı 3 min 719, bir ədədinin orta gömrük dəyəri isə 6 min 67 dollar (10 min 314 manat) olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top