Bakıda 16 günlük körpə xilas edildi - Foto


Bakıda anadangəlmə ürək qüsurlu və pnevmaniya ilə doğulan körpənin həyatı xilas olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kiliniki Tibbi Mərkəz, İcbari Tibbi Sığorta və TƏBİB-in yaydığı birgə məlumatda bildirilib.
Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 31 may 2022-ci ildə doğulan körpə (oğlan) 14 günlük mübarizədən sonra həyata qaytarılıb.
Ananın hamiləlik dövründə ağır koronavirus (COVİD-19) infeksiyasına yoluxması, eləcə də körpənin ürəyində VSD (Ventikular Septal Defekt) və ağciyərlərində pnevmaniya aşkarlandığından doğuşdan dərhal sonra körpə süni tənəffüs aparatına qoşularaq, xüsusi nəzarətə götürülüb.
İlk gündən Mərkəzin Yenidoğulmuşların Reanimasiyasına köçürülən və burada süni ventilyasiya aparatında olarkən dəfələrlə vəziyyəti pisləşən, ölümlə üzləşən körpəni həkimlər bütün mümkün tibbi müdaxilələrdən istifadə etməklə həyatda saxlaya biliblər.
Təxminən 2 həftəlik mübarizədən sonra nəhayət ki, körpə kritik vəziyyətdən çıxarılıb və süni nəfəs aparatından ayırılıb. Aparılan müayinə və müalicələrin nəticəsi olaraq, hazırda körpənin vəziyyəti kafidir. Oksigenə ehtiyacı yoxdur və sərbəst qidalanır.
Qeyd edək ki, körpə ailənin 3-cü doğulan övladıdır. Ailədə 2-ci hamiləlik zamanı da doğulan körpədə anadagəlmə ürək qüsuru olub və 14 gündən sonra dünyasını dəyişib. Eyni aqibətlə bu dəfə də üzləşmələrinə baxmayaraq, tibb elmi və həkimlər buna imkan verməyib.

DİGƏR XƏBƏRLƏR

Top