
Böyük Britaniyanın baş naziri Boris Consonun müşaviri Kristofer Qeyt istefa verdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir .
“Təəssüflə demək istəyirəm ki, nazirlər arasında maraqların toqquşması üzrə müstəqil müşavir vəzifəsindən getməyi düzgün qərar hesab edirəm”, - deyə mətndə deyilir.
Geyt bu qərarı Britaniya hökumətinin başçısının sərt koronavirus məhdudiyyətləri zamanı atdığı partiyalarla qalmaqal fonunda verib. Qeyd olunur ki, müşavir davranış kodeksini pozduğuna görə Consonla dəfələrlə toqquşub.