
Türkiyənin Finlandiya və İsveçlə NATO-ya üzv olmaq barədə danışıqlardan imtina etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Qeyd olunur ki, bu danışıqlarda Ankaraya Stokholm və Helsinkinin Alyansa qoşulmaq üçün müraciətlərini təsdiqləməyə imkan verəcək həll variantının tapılması planlaşdırılırdı. Türkiyə isə konkret fikir bildirərək hər iki ölkənin PKK terror təşkilatı tərəfdarlarına dəstəyi kəsməsini istəmişdi.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hələ də İsveç və Finlandiya hakimiyyətlərindən Ankaranın istəklərinə cavab almadıqlarını açıqlamışdı.