Azərbaycanın energetika naziri Pərviz Şahbazov Şotlandiyanın enerji və nəqliyyat naziri Michael Matheson ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.
O bildirib ki, görüşdə enerji keçidi ilə bağlı məsələlər müzakirə olunub.
"Neft-qaz məkanı Şotlandiyada "xalis sıfır", enerji və nəqliyyat naziri Michael Matheson ilə enerji keçidi ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan və Şotlandiyanın enerjidə inkişaf yolu bir-birinə bənzəyir", - deyə nazir qeyd edib.