NATO Baş katibi ilə Ərdoğan arasında telefon danışığı oldu


NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Stoltenberq tvitterdə bildirib.
“NATO sammiti ərəfəsində Prezident Ərdoğan ilə konstruktiv söhbətimiz oldu. Türkiyənin terrorizmlə mübarizədə qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılmasının və Finlandiya ilə İsveçin NATO-ya üzvlük prosesində irəliləyişin əldə edilməsinin vacibliyini müzakirə etdik”, - deyə Stoltenberq vurğulayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top