
Bu ilin ilk 5 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 571 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 118 mənzil alıblar.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin may ayında Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb. Belə ki, 2021-ci ilin may ayında azərbaycanlılar Türkiyədən builkindən təxminən 2,5 dəfə az - 47 mənzil satın alıblar.
Onu da bildirək ki, son ildə 8 ildə Azərbaycan vətəndaçları Türkiyədn 8 min 175 mənzil alıblar:
İllər | Mənzillərin sayı |
2015 | 815 |
2016 | 610 |
2017 | 942 |
2018 | 1 250 |
2019 | 1 191 |
2020 | 1 279 |
2021 | 1517 |
2022 Yanvar-May |
571 |
Cəmi | 8 175 |