
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın fəaliyyəti heç bir şəkildə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yerləşən Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
“Eyni zamanda, biz gözləyirik ki, işə başlamaq və sistemli iş Bakı ilə İrəvan arasında etimadı artırmağa və həm Ermənistan-Azərbaycan sərhədində, həm də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva yaxın vaxtlarda komissiyanın iclasının keçirilməsinə yardım etməyə hazırdır. O qeyd edib ki, hazırda Rusiya Ermənistandan və Azərbaycandan olan həmkarlarından tarixlərlə bağlı təkliflər gözləyir.