Azərbaycan klublarının rəqibləri müəyyənləşdi


UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
“Neftçi” Kiprin “Aris”, “Qəbələ” Macarıstanın “Fehervar”, “Zirə” isə İsrailin “Makkabi” klubuna rəqib olub.
“Qarabağ” ÇL-də “Lex” səddini keçə bilməsə, Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Slovakiya) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top