İlham Əliyev Karen Donfridi qəbul etdi - Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.
Yeniavaz.com xəbər verir ki, Karen Donfrid ABŞ dövlət katibi Entoni Blinkinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Entoni Blinkenə çatdırmağı xahiş edib.
Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edilib, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələləri əhatə etdiyi bildirilib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istəyir.
Prezident İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə və Bakı Enerji Həftəsi çərçivəsində ona ünvanladığı məktublarda, həmçinin özünün Cozef Baydenə məktubunda qeyd olunmuş məsələlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini vurğulayıb.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.

***12:38
Prezident İlham Əliyev iyunun 15-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top