
Region universitetləri arasında magistraturaya qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələr bəlli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, ən yüksək nəticə göstərən 2 nəfərdən biri Mətanət Seyidovadır.
Naxçıvan üzrə ən yüksək nəticənin sahibi M. Seyidova qəbul imtahanında 92 bal toplayıb.
O, 4 il öncə Naxçıvan Dövlət Universitetinə 615 balla daxil olub və bu il ortalama 95 balla məzun olacaq.
Qeyd edilib ki, yüksək nəticə göstərən digər abituriyent isə Zaur Salahovdur. O magistraturaya qəbul imtahanında 92 bal toplayıb. Z. Salahov magistratura təhsilini də 640 balla bakalavr pilləsinə qəbul olduğu Azərbaycan Dövlət Aqrar Universitetində davam etdirəcək.

