
Minsk İqtisad Məhkəməsi "TUT BY MEDIA" MMC-ni ekstremist təşkilat kimi tanıyıb və onun ölkədə fəaliyyətini qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarus Ali Məhkəməsinin Teleqram kanalında bildirilib.
"14 iyun 2022-ci il tarixdə Minsk İqtisad Məhkəməsinin qərarı ilə "TUT BY MEDİA" Məhdud Məsuliyyətli Cəmiyyəti ekstremist təşkilat kimi tanınıb. "TUT BY MEDİA" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti Belarus Respublikası ərazisində qadağandır”, - mesajda deyilir.
Xatırladaq ki, “TUT BY MEDIA” Belarusda hakimiyyət əleyhinə aksiyalar başlayanda hadisələri ən aktiv şəkildə yayımlayan media orqanı idi.