Bəzi maya növlərinə gömrük rüsumu tətbiq olunacaq


Aktiv mayalardan maya kulturaları, quru və çörəkçilik mayaları istisna olmaqla, digərlərinə 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində müvafiq qərarında dəyişiklik edilib.

Xatırladaq ki, bundan əvvəl maya kulturaları, quru və çörəkçilik mayaları ilə bərabər, digər aktiv mayalara da idxal gömrük rüsumu tətbiq olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top