Emin Əmrullayevin şəkil çəkdirdiyi məktəbin adı gündəm oldu - Fotolar


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan orta məktəblərində "Son Zəng" tədbiri keçirilib. Təhsil naziri Emin Əmrullayev də "Son Zəng" tədbirində iştirak etmək üçün 234 nömrəli tam orta məktəbdə olub.

Yeniavaz.com xəbər verir ki, məktəbdə çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
234 nömrəli tam orta məktəbin adının binanın üzərində səhv formada yazılması sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə mövzusuna çevrilib.
Belə ki, məktəbin adında olan "tam orta" hissəsi sözlər arasında ara boşluğu olmadan "tamorta" formasında yazılıb.
234 nömrəli tam orta məktəbdən çəkilən, Nazirliyin rəsmi saytdında dərc edilən fotoları təqdim edirik:




DİGƏR XƏBƏRLƏR

Top