“Turkish Airlines”in adı dəyişdirilir - Ərdoğan açıqladı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hava yolu şirkətinin “Turkish Airlines” deyil, “Türkiye Hava Yolları” adlandırılacağını deyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Türksat 5B” peykinin işə salınma mərasimində çıxışı zamanı bildirib.
“Artıq Turkey yoxdur, Türkiyə var. Bundan sonra təyyarələrimizin gövdəsində Turkish Airlines əvəzinə Türkiyə Hava Yolları yazacağıq”, - Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top