Bu ilin ilk 4 ayı ərzində xarici ölkələrdən Azərbaycana 70 min 722,7 ton “Aİ-92” markalı benzin idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 74 milyon 491,21 min dollar olub. 1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 80 sent və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə hesablandığı zaman 1,37 manata bərabər olur.
Onu da qeyd edək ki, ölkəyə idxal olunan “Aİ-92” markalı benzinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə, gömrük dəyəri isə 31 dəfə artıb.
Belə ki, ötən ilin ilk 4 ayı ərzində ölkəyə 2 milyon 387,04 min dollar dəyərində 4 min 995,64 ton “Aİ-92” markalı benzin idxal edilib. Nəticədə, ötən ilin ilk 4 ayında ölkəyə idxal olunan benzinin 1 litrinin gömrük dəyəri 36 sent və ya 62 qəpik olub.
2021-ci il | 2022-ci il | |||
Miqdarı (ton) | 1 litrin gömrük dəyəri (azn) | Miqdarı (ton) | 1 litrin gömrük dəyəri (azn) | |
Yanvar | - | - | 4 836,46 | 1,08 |
Fevral | - | - | 2 296,08 | 1,53 |
Mart | 4 995,64 | 0,62 | 43 310,07 | 1,37 |
Aprel | - | - | 20 280,1 | 1,41 |
Rəqəmlərdən də göründüyü kimi, “Aİ-92” markalı benzini xaricdən baha (1,37 azn) alınıb ucuz (1 azn) satılır.
“Aİ-92” markalı benzinin idxalı nə vaxta kimi davam edəcək? İdxal olunan benzinin qiymətinin daxil bazardakı qiymətdən yüksək olması benzinin bahalanmasına səbəb ola bilərmi?
Bu sullara cavab almaq üçün SOCAR-a rəsmi müraciət ünvanlasaq da, sullarımıza cavab ala bilmədik.
A. Cəfərov