""Formula 1"in Azərbaycanda uzadılması ehtimalı var" - Arif Rəhimov


Azərbaycan Qran Prisinin keçirilməsinə dair razılaşmanın müddətinin uzadılması ilə bağlı “Fomrula-1” rəhbərliyi ilə danışıqlara başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.
“Biz "Formula 1" ilə danışıqlara başlamışıq və hələlik qərar barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bunda hər iki tərəf maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman yarışın uzadılması ehtimalı var”, - A.Rəhimov deyib.
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyunda keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10 komanda iştirak edib. "Formula 1" Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. "Formula 1" Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen oldu.

DİGƏR XƏBƏRLƏR

Top