Co Bayden 2024-cü ildə yenidən ABŞ Prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Katibi Karin Jan-Pyer sosial şəbəkə hesabında paylaşım edib.
“Aydın olması üçün, Prezidentin də dəfələrlə dediyi kimi, 2024-cü ildə namizədliyini irəli sürməyi planlaşdırır”, - paylaşımda bildirilib.
To be clear, as the President has said repeatedly, he plans to run in 2024.
— Karine Jean-Pierre (@PressSec) June 13, 2022
Qeyd edək ki, ABŞ-ın 46-cı Prezidenti C. Bayden 20 yanvar 2021-ci ildən bu vəzifədədir.