Hazırda sıxlıq olan yollar - Siyahı


Paytaxt yollarındakı vəziyyət açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər əsas və kənar yol sıxlıq
3. Binəqədi şossesində - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq
4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
5. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
6. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq
7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top