Belarusda meymunçiçəyini aşkarlayan test sistemi hazırlandı


Belarus mütəxəssisləri meymunçiçəyi xəstəliyinin diaqnozu üçün test sistemi hazırlayıblar.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Belarus Epidemiologiya və Mikrobiologiya Elmi-Praktik Mərkəzinin direktoru Vladimir Qorbunov məlumat verib.
“Bir neçə il əvvəl Respublika Epidemiologiya və Mikrobiologiya Elmi-Praktik Mərkəzi müxtəlif yoluxucu xəstəliklərin diaqnostikası üçün test sistemlərinin hazırlanması texnologiyasını işləyib ortaya çıxarıb. Söhbət həm COVID-19, həm Ebola, həm də digər nadir xəstəliklər üçün PCR dəstlərindən gedir. İndi bizdə meymunçiçəyinin laboratoriya diaqnostikası üçün test sistemi işlənib hazırlanıb”, - deyə mütəxəssis bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top