"Məni siyasi proseslərdən təcrid etmək üçün hərbi xidmətə aparırlar"


“Hərbi Komissarlıqdan zəng etmişdilər. Təkrar tibbi müayinəyə dəvət etdilər. Dostlarım bilir ki, ürəyimdəkı problemlərə və digər narahatlıqlara görə əsgərlikdə hələlik olmamışam. Bu gün isə aparılan sürətli tibbi müayinə prosedurundan belə başa düşdüm ki, sağlam rəylə məni hərbi xidmətə aparmaq niyyətləri var”.

Yeniavaz.com xəbər verir ki, bunu AXCP Gənclər Komitəsinin sədri Emil Səlim bildirib.
“Buradan bütün dostlarıma, xalqımıza da bəyan edirəm ki, əgər 12 il müddətində dövlətin bütün tibb mərkəzləri həkim müayinəsi nəticəsində məni qeyri-məqbul kimi qeyd etdiyi halda, indiki testlərlə sağlam çıxaracaqlarsa, aydındır ki, bu iş siyasidir və məni siyasi proseslərdən təcrid etmək məqsədi ilə həyata keçirilir. Heç bir problem yoxdu. Mən olamayacamsa, yüzlərlə, minlərlə gəncimiz var və partiyamızın, Gənclər Komitəmizin, bütövlükdə ölkə gəcliyinin perspektivi ilə bağlı qəti narahatlığım yoxdur. Qismət olsa, yenidən danışacağıq. Salamat qalın”, - E. Səlim qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top