Avtobusda çantadan 3200 manat oğurlayan saxlanıldı


Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat məbləğində pulunun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyənləşdirilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top