10 gündür aclıq aksiyası edən Tale Bağırzadənin son durumu


Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə aclıq aksiyasının 10-cu günündə durumu sabitdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə T.Bağırzadənin müavini Elçin Qasımov məlumat yayıb.
O bildirib ki, T. Bağırzadənin dünəndən qızdırması var, bu biraz təhlükəli hesab olunur.
Qeyd edək ki, Elçin Qasımov bundan əvvəl bildirmişdi ki, Tale Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb: “Tale Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. Tale Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır. Tale Bağırzadə bu cinayəti törədənlər cəzalanana qədər aksiyasını davam etdirəcəyini söyləyib”.

DİGƏR XƏBƏRLƏR

Top