İstirahət mövsümü başladı, Bakı-Alanya reysləri ləğv edildi


Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alanya reysləri ləğv edilib.

Yeniavaz.com Fed.az-a istinadən xəbər verir ki, şirkətin iyunun 20-dən sonra Bakı-Alanya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşlar olmayacaq.
“Pegasus”un Bakı ofisindən reyslərin ləğv edildiyini təsdiqləyiblər, amma səbəbini açıqlamayıblar. Şirkətdən bildirilib ki, iyunun 20-nə qədər alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib.
Hazırda “Pegasus”un Azərbaycandan iki istiqamətdə – Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir. 
Qeyd edək ki, Azərbaycanın AZAL və “Buta Airways” aviaşirkətləri Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top