Otun bahalaşması ətin qiymətinə təsir edəcək? - Video


Biçin dövrü başlayıb və son vaxtlar otun qiyməti bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Xəzər TV”nin reportajında bildirilib.
İsmayıllıda təsərrüfatla məşğul olanlar deyiblər ki, ötən illə müqayisədə bu il qiytmətlərdə xeyli artım var.
Belə ki, əvvəllər yoncanın bir bağlaması 3-5 manata satılırdısa, hazırda bu qiymət 4-6 manat, bəzən isə daha çox olur.
Bahalaşmaya əsas səbəblərdən biri kimi məhsuldarlığın az olması göstərilir.
İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, ətin qiymətinə təsir edən əsas amil xaricdən idxal olunan məhsullardır. Otun bahalaşması isə buna qismən təsir edə bilər.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top