Dünən Bakı-Şamaxı yolunda baş verən ağır qəzada xəsarət alan 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında insident olub.
Yeniavaz.com Baku.tv-yə istinadən xəbər verir ki, buna səbəb isə tur şirkətinin öz öhdəliyini yerinə yetirməməsi, şagirdlərin müayinə və müalicəsi üçün lazım olan ödənişi etməməsidir.
Hadisədə qolu qırılan şagird bu səbəbdən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Əsəblərini cilovlaya bilməyən valideynlər isə tur şirkətinin nümayəndəsi ilə əlbəyaxa dava ediblər.
Şirkətin adını gizlədən şəxs indiyə qədər heç bir yerdə ad çəkilmədiyini, lakin yaxın zamanlarda şirkətin adının açıqlanacağını bildirib.