“Lirə dollar qarşısında daha böyük hesabla yenildi”


“Ötən ilin dekabrında türk lirəsinin “sabitləşmə”sinin uzunmüddətli olmayacağını, “U” dönüşü edəcəyini yazmışdım. Təəssüf ki, proqnozum özünü doğrultdu, hazırda türk lirəsi dollar qarşısında daha böyük hesabla yenilib: 1$ = 17.23 türk lirəsi”.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
“Bu nisbət Türkiyədə iqtisadiyyata yalnış inzibati müdaxilələrin nəticədir. Bu siyasətin nəticəsi yalnız məzənnədə deyil, demək olar ki, üçrəqəmli olan inflyasiyada, artan xarici borclarda və tədiyə balansının kəsirində də özünü göstərir. Təxminən 2 il əvvəl bu görsənirdi, hələ o zaman təkliflərimi türk hökumətinə göndərsəm də, dinləmədilər, nəzərə almadılar. Təəssüf, güclü Türkiyə Azərbaycan üçün də çox önəmlidir”, - iqtisadçı qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top