Qafqaz Universitetinin tanınmış müəllimi vəfat etdi


Keçmiş Qafqaz Universiteti və Bakı Ali Neft Məktəbində (BANM) çalışmış türkiyəli müəllim Əziz Çankaya ötən gün vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun tələbələri və həmkarları məlumat paylaşıb.
Ə. Çankayanın infarktdan vəfat etdiyi bildirilir.
Məlumat üçün bildirək ki, Ə. Çankaya 1994-cü ildə Qafqaz Universiteti Dil Tədrisi Koordinatorluğunda müəllim olaraq əmək fəaliyyətinə başlayıb və 1997-ci ilə kimi orada çalışıb.
1997-2004-cü illərdə Sankt Peterburq Beynəlxalq Liseyində İngilis dili müəllimi və İngilis dili kafedrasının müdiri vəzifələrində işləyib.
2004-2005-ci illərdə Türkiyənin Fatih Universiteti Hazırlıq məktəbində İngilis dili müəllimi işləyib.
2005-2009-cu illər arasında Qafqaz Universiteti Dil Tədrisi Koordinatorluğunda ingilis dili müəllimi, metodbirləşmə sədri və Tərcümə kafedrasında mühazirəçi müəllim olaraq çalışıb.
2009-2012-ci illərdə həmin Universitetin Tərcümə kafedrasında baş müəllim olaraq pedaqoji fəaliyyətinə davam etdirib. Əziz müəllim 2012-ci ilin sentyabrından Bakı Ali Neft Məktəbi, İngilis dili və Humanitar Fənlər Mərkəzinin baş müəllimi olub.
Qeyd edək ki, Ə. Çankaya Azərbaycanda tanınmış və sevilən pedaqoqlardan biri olub.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top