DİN bu şirkətdən 7 milyonluq mal alır


DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi "Elmando" MMC olub.
Yeniavaz.com
xəbər verir ki, İdarə MMC-dən gündəlik və idman ayaqqabıları, qış çəkməsi, şalvar qayışı, xüsusi kəmərlər və furajka zabit, yataq ləvazimatları, mayka, tuman, əlcək, şərf, idman kostyumu, isti alt tuman köynək, kostyumluq parçalar, süfrə, xalça, kovralit, pərdə, fərqlənmə nişanları alacaq.
DİN-in Baş İdarəsi bunun üçün “Elmando” MMC-yə ümumilikdə 6 milyon 730 min 774 manat 73 qəpik (3 milyon 220 min 678 manat 27 qəpik və 3 milyon 510 min 96 manat 46 qəpik) ödəyəcək.
500 manat nizamnamə kapitalı olan “Elmando” MMC-nin qanuni təmsilçisi Abdullayev Toğrul Taryel oğludur.

R. Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top