İki hərbi qulluqçumuz vəfat etdi


Azərbaycan Ordusunun iki hərbi qulluqçusu vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Qafqazinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçular - tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.
Qeyd edilib ki, polkovnik- leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular.
Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi  dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

DİGƏR XƏBƏRLƏR

Top