Namiq Ələskərov “Bursaspor”dan ayrıldı


Futbol üzrə milli komandamızın üzvü Namiq Ələskərov “Bursaspor”dan rəsmən ayrılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin Bursa təmsilçisindən ayrılması artıq Türkiyə Futbol Federasiyası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, N.Ələskərov ötən ilin yayı “Bursaspor”a transfer olunmuşdu. Komanda 2021/2022 mövsümünü Türkiyə 1-ci liqasında 17-ci pillədə başa vurub və 2-ci liqaya düşmüşdü.
Reqlamentə əsasən, Türkiyə 2-ci liqasında legioner futbolçu oynaya bilməz. Bu səbəbdən klub legionerlərlə yolları ayıracağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top