Əlillik təyin edilən şəxslərin sayı açıqlandı


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 30 minədək şəxsə əlillik təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əlillik təyin edilən şəxslərin 8600-ü ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.
Qeyd edilib ki, əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top