Bu gün Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.
Yeniavaz.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da yığmamız Avropa çempionu olub.
Avropa çempionatı, final
22:15. Azərbaycan - Rumınya - 1:0
Qol: Seymur Məmmədov, 25