
Türkiyə ordusu İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında 1 türk hərbçisi şəhid olub, daha bir neçə hərbçi isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 hərbçi şəhid olub, 3 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.