İran daha bir tankeri Venesuelaya təhvil verdi


İran tərəfi öz istehsalı olan ikinci tankeri Venesuelaya təhvil verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, neft tankerinin təhvil verilməsi ilə bağlı sənədlər Tehranda İran prezidentləri İbrahim Rəisi və Venesuela prezidenti Nikolas Maduronun iştirakı ilə imzalanıb. Paralel olaraq İranın Fars körfəzindəki limanlarından birində yerləşən tankerin təqdimatı videokonfrans vasitəsilə siyasətçilərə yayımlanıb.
Agentliyin məlumatına görə, təhvil verilən gəminin uzunluğu 250 metr, eni 44 metr, hündürlüyü 21 metrdir. Tanker 800 000 barel yanacaq daşımağa qadirdir.

 

DİGƏR XƏBƏRLƏR

Top