Türkiyənin paytaxtı Ankarada leysan həyatı iflic edib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, aramsız yağışlar nəticəsində bir nəfər dünyasını dəyişib.
Ankara Böyükşəhər Bələdiyyəsindən verilən məlumata əsasən, leysan səbəbilə şəhərin əksər yerlərində keçidlər su ilə dolub. Bəzi küçə, bulvar və küçələrdə nəqliyyatın hərəkətində fasilələr yaranıb.