
Qeyri-sabit hava şəraiti nəticəsində güclü yağış selə çevrilərək Goranboy rayonunda bir sıra fəsadlar törədib.
Yeniavaz.com xəbər verir ki, təbii fəlakət nəticəsində Aşağı Ağcakənd qəsəbəsində bir neçə istirahət mərkəzi sel sularının altında qalıb. Həmçinin, ərazidə olan bəzi avtomobillər də ziyan görüb. Qəfil güclənən yağış Qaraçayda sululuğu artırıb. Nəticədə çayın ətrafında fəaliyyət göstərən bir neçə obyekt palçıq-lil qatının altnda qalıb. Rayonun dağ kəndlərinə gedən yollarda isə müəyyən çətinliklər yaranıb.
Aidyyəti qurumlar əraziyə texnikalar cəlb edərək yaranmış çətinliyi aradan qaldımağa çalışırlar.
Esmira Hidayətova, Goranboy