Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib


İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbiri açaraq parlamentin komitə iclaslarının “Şuşa ili”ndə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçələn Şuşa şəhərində keçirilməsinin qürurverici olduğunu söyləyib. Komitə sədri iclasın “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi, aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələrə həsr olunduğunu diqqətə çatdırıb.

 

DİGƏR XƏBƏRLƏR

Top